"Gürcüstan bu vaxt Aİ-yə daxil ola bilər" - Kobaxidze
"Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması mümkündür".
Ajans.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze "Euronews" telekanalına müsahibəsində deyib.
Baş nazir Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesində Brüsseldən daha çox çeviklik tələb olunmasından söhbət açıb.
Onun sözlərinə görə, top indi Brüsselin meydançasındadır və assosiasiya yeni üzvlərə yanaşmada daha çox çevikliyə ehtiyac duyur. Kobaxidze bildirib ki, Gürcüstanın Avropa bürokratiyası ilə bağlı kifayət qədər ciddi problemləri var, baxmayaraq ki, o, ölkənin 2030-cu ildə Avropa İttifaqına üzv olacağına kifayət qədər nikbindir.