Göyçayda 5 tələbə qız zəhərləndi
Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.
Ajans.az "Report"a istinadən məlumat verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.
Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.