"Google" cərimələndi
Moskvanın Taqanski Məhkəməsi “Google”u milyonlarla rubl cərimələyib.
Ajans.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.
Şirkətlər İnzibati Xətalar Məcəlləsinin (İXM) 13.41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda ittiham olunublar. “Google” Rusiyada qadağan olunmuş məlumatları və ya internet səhifəsini silmədiyinə görə cəzalandırılıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Google”a iki milyard rubl məbləğində olan cərimənin təyin edildiyi məhkəmə çəkişməsindən sonra məsləhətlər vermişdi. O, şirkətin Rusiya yayımçılarının işini məhdudlaşdırmamalı olduğunu deyib və “Google”un bu vəziyyətə diqqət yetirməli, düzəliş etməli olduğunu qeyd edib.
Oktyabrın 29-da Rusiyanın 17 telekanalının “Google”a qarşı qaldırdığı iddiaların məbləğinin iki milyard rubla çatdığı bildirilir. Məhkəmə qeyd edib ki, korporasiya “YouTube”da Rusiya media hesablarına girişi bərpa etməkdən imtina etdiyi üçün belə bir cərimə tətbiq edilib.