Gəncədə bir-birinə bitişik beş ev yandı

Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.
Bir-birinə bitişik olan 5 ev yanıb. Yanğın nəticəsində A.Mehdiyev, E.Alırzayevə, Ç.Şaxtaxtinki, anası R.Şaxtaxtinki və Cəmilə adlı xanıma məxsus evlər yanıb. Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər tikilinin isə dam örtüyü alovlanıb.
Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-ə yaxın canılı qüvvə cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.