Fransa Ukraynaya yardımı kəsmək qərarına gəlib
Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirib ki, Paris 2024-cü ildə Kiyevə vəd etdiyi 3 milyard avro məbləğində yardımı göstərə bilməyəcək.
Ajans.az “Politico”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, ölkənin büdcə kəsiri ilə bağlıdır.
2024 - cü ilin əvvəlində qərara alındı ki, Fransanın Ukraynaya yardımı 3 milyard avroya çata bilər. Qeyd olunur ki, Paris ölkədə büdcə kəsiri təhlükəsi səbəbindən Kiyevə maliyyə dəstəyini azaltmağa məcbur olub. 2024-cü ilə qədər ÜDM-in 6%-nə çata bilər.
Qeyd edək ki, Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Logvinov bildirmişdi ki, Aİ-nin Kiyev üçün 35 milyard avroluq krediti çərçivəsində ödənişlər ukraynalıların gələcək nəsillərinin çiyninə düşəcək.