Fransa Ukrayna naminə Rusiyanın aktivlərini müsadirə EDİR

Fransa Ukraynaya kömək etmək üçün Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi düşünür.
Ajans.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.
Qəzet adı açıqlanmayan məmura istinadən yazır ki, "Fransa hökumətinin üzvləri aktivlərin müsadirə edilməsi imkanını təkbətək müzakirə ediblər".
Mənbənin sözlərinə görə, bu addım digər məsələlərlə yanaşı, Almaniya hökumətinin üzvləri ilə də müzakirə edilib. Materiala görə, dondurulmuş Rusiya aktivlərindən Kiyev üçün kreditlərə zəmanət vermək üçün istifadə imkanları nəzərdən keçirilir.
Bundan əvvəl Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombard Rusiyanın aktivlərinin Avropa tərəfindən müsadirəsini qeyri-mümkün adlandırıb, çünki bu, Fransa və Aİ tərəfindən imzalanmış beynəlxalq müqavilələrin pozulması deməkdir.