Fransa son hərbi bazasını da Çad ordusuna təhvil verərək ölkəni tərk etdi

Fransa son hərbi bazasını da Çad ordusuna təhvil verərək
Gündəm 31-01-2025 - 07:59

Fransa son hərbi bazasını Çad ordusuna təhvil verərək bununla da ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırıb.

Ajans.az xəbər verir ki, Çad ordusunun Baş Qərargahından verilən açıqlamaya görə, Çadın paytaxtı Ncamena şəhərində yerləşən Adji Kossei bazasına nəzarət fransız əsgərlərindən alınıb.

"Adji Kossei bazasının təhvil götürülməsi Fransa qüvvələrinin Çaddakı mövcudluğunu tamamilə sona çatdırdı. Bu təhvil alma yüksək vəzifəli şəxslərin, xüsusilə də Prezident Mohamed İdriss Debi Itnonun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib", - bəyanatda deyilir.

Qeyd edək ki, Çad hökuməti Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.

PAYLAŞ: