Fətullah Gülən vəfat etdi - TƏCİLİ

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən dünyasını dəyişib.
Ajans.az-ın xəbərinə görə, Gülənin ölüm xəbərini ona yaxın olan "Herkül" saytı yayıb.
Fətullah Gülənin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib. Herkul saytının sosial media hesabından edilən açıqlamada, “Dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq”, - deyə, bildirilib.
Onun qardaşı oğlu da xəbəri təsdiqləyib.
Qeyd edək ki, F. Gülən ölənə kimi Amerikanın Pensilvaniya ştatında yaşayıb.