Ermənistanda istefada olan hərbçilər xidmətə QAYIDACAQ

Ermənistanda istefada olan hərbçilər xidmətə
Ermənistan
Dünya 31-10-2024 - 17:02
 188

"Fəal qüvvələrə təcrübəli və ixtisaslı hərbi kadrlar cəlb etmək lazımdır. Dövlət onlara xidmət illərinə görə pensiya verməkdə davam edəcək".

Ajans.az xəbər verir ki, bunu oktyabrın 31-də Ermənistan Milli Assambleyasının növbədənkənar iclasında qanuna əlavələr edilməsinə dair qanun layihələri paketinin müzakirəsi zamanı hakim “Mülki müqavilə” partiyasından olan deputat, paketin həmmüəllifi Armen Xaçatryan deyib.

Deputat məlum səbəblərdən ehtiyatda olan zabitlərin sayını açıqlamasa da, bu ideyanın həyata keçirilməsinin Silahlı Qüvvələrdə şəxsi heyətlə bağlı vəziyyəti xeyli yaxşılaşdıracağına əminliyini ifadə edib:

“Polislər korpusuna polkovnik və podpolkovnik rütbəsinə qədər təcrübəli zabitlərin cəlb edilməsi planlaşdırılır”, - Xaçatryan bildirib. Onun sözlərinə görə, əsas kadr çatışmazlığı tağım, rota və batalyon komandirləri səviyyəsində müşahidə olunur.

Müdafiə naziri Suren Papikyanın sözlərinə görə, layihə ixtisaslı kadrların ehtiyata cəlb edilməsinə yönəlib. Həmin şəxslər, müdafiə idarəsinin rəisinin qeyd etdiyi kimi, sərhədyanı hərbi hissələrdə və xüsusi təyinatlı hərbi hissələrdə xidmətə qəbul olunacaqlar. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: