Erkən yatmağın faydaları ortaya çıxdı: Uşaqlarda bu xəstəliklərin...
Çinin Pediatrik Reabilitasiya Departamentinin tədqiqatçıları uşaqlarda yatmaq vaxtı ilə bağırsaq mikrobiotasının müxtəlifliyi arasında əlaqəni aşkar edib.
Ajans.az xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalı araşdırma edib. Jurnalda dərc olunan araşdırmada onlar daha tez yatağa gedən uşaqların daha çox mikrobiom müxtəlifliyinə malik olduqlarını ortaya çıxarıb. Tədqiqat, saat 21:30-dan əvvəl yatmağa gedən uşaqların daha çox faydalı bakteriyalara sahib olduğunu, o cümlədən bağırsaq sağlamlığını və idrak funksiyasını dəstəklədiyini müəyyən edib. Bu mikroorqanizmlər bağırsağın selikli qişasının qorunmasında və immunitet reaksiyasının tənzimlənməsində rol oynaya bilər ki, bu da uşağın sağlamlığına və inkişafına müsbət təsir göstərir.
Mütəxəssislər 2 yaşdan 14 yaşa qədər 88 uşaqdan nəcis nümunələri toplayıb və onların bağırsaq mikrobiotasının genomik analizini aparıblar. Uşaqlar yuxuya getdikləri vaxta görə iki qrupa bölünüb və iki həftə ərzində tədqiqatçılar müddət, gecə oyanmaları və yuxu səmərəliliyi daxil olmaqla yuxu göstəricilərini izləyiblər. Təhlillər göstərib ki, erkən yatmış uşaqlarda “Akkermansia muciniphila”, “Holdemania filiformis”və “Alistipes finegoldii” kimi xeyirli bakteriyalar var. Bu bakteriya və göbələklər bağırsaq sağlamlığının qorunmasında mühüm rol oynayır və idrak inkişafı üçün vacib olan amin turşusu mübadiləsində və neyrotransmitterlərin tənzimlənməsində iştirak edirlər.