Putin dünyanın ikinci ən nüfuzlu siyasətçisi seçildi
İtalyanların fikrincə, Rusiya prezidenti Vladimir Putin dünyada ikinci ən nüfuzlu siyasətçidir.
Ajans.az xəbər verir ki, bu barədə TASS Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) keçirdiyi ictimai rəy sorğusuna istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, italyanların 17 faizi Rusiya liderini ikinci ən nüfuzlu siyasətçi hesab edir. O, 16 faiz səs toplayan amerikalı milyarder İlon Maskı və 13 faizlə Roma Papası Fransiski qabaqlayıb.
Məlumatlara görə, sorğuda iştirak edən italyanların 39 faizi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı dünyanın ən güclü siyasətçisi hesab edir. Bununla belə, 38 faiz onun seçkilərdəki qələbəsini Avropa İttifaqı üçün pis xəbər hesab edib, 22 faiz isə gələcək Respublika prezidentliyinin hazırkı beynəlxalq mühiti yaxşılaşdırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.
Bundan əvvəl MRB Hellas-ın sorğusunun nəticələri Putinin Yunanıstanda ən populyar xarici siyasətçi olduğunu göstərmişdi. Tramp ikinci, Fransa prezidenti Emmanuel Makron isə üçüncü olub.