Ən çox kriptovalyuta olan ölkələr açıqlandı

Ən çox kriptovalyuta olan ölkələr
Bitkoin
İqtisadiyyat 07-12-2024 - 17:55

2023-cü ildə Türkiyə əhalisinə nisbətdə 19,3% kriptovalyuta investoru ilə dünyada 3-cü yerdədir.

Ajans.az xəbər verir ki, kriptovalyuta ekosisteminə sərmayə qoyan qlobal insanların sayının 420 milyondan 562 milyona yüksələcəyi gözlənilir.

“Triple-A”nın hesabatına görə, 2023-cü ildə dünyada bu ekosistemə sərmayə qoyan təxminən 420 milyon insan olduğu halda, 2024-cü ildə bu rəqəm 33 faiz artaraq 562 milyona çatıb. Asiya 326,8 milyon investorla bu sahədə liderlik edir

Əhali ilə müqayisədə Birləşmiş Ərəb Əmirlikləri, yüzdə 25,3 ilə kriptovalyuta investorlarının ən çox olduğu ölkə olaraq qeydə alınıb. Sinqapur 24,4, Argentina 18,9, Tayland 17,6 faiz ilə siyahıda yer alıb.

Hesabatda dünya üzrə kriptovalyuta investorlarının profilləri haqqında da məlumatlar yer alıb. Müvafiq olaraq, sözügedən aktiv sinfinə sərmayə qoyanların yüzdə 61-i kişi, yüzdə 39-u isə qadın idi.

Kriptovalyuta investorlarının yaş qrupları araşdırıldığında, 25-34 yaş qrupunun yüzdə 34 ilə ən yüksək investor qrupunu təşkil etdiyi təyin olunub. Bu yaş qrupunu yüzdə 31 nisbətlə 35-44 yaş qrupu izləyir. Bu qruplarda kişi investorların çoxluq təşkil etdiyi müşahidə edilmişdir.

18-24 yaş arasında olanlar isə yüzdə 14 ilə digər mühüm investor qrupunu təşkil etmiş və bu yaş aralığında kişi və qadın investor nisbətinin bir-birinə ən yaxın olduğu müşahidə edilmişdir. Bundan əlavə, yaş aralığı artdıqca investorların nisbətinin kişilərin xeyrinə artdığı müəyyən edilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: