Ən çox görülən 5 yuxu və mənası...

Bəzi insanlar yuxulara həddən artıq məna verir və günlərini, hətta həyatlarını gördükləri yuxular üzərində qururlar.
''Ajans.az'' statistikaya görə insanların ən çox gördüyü 5 yuxunu və onların mənasını təqdim edir:
Yıxılma
Yuxuda yıxılmaq nəzarətin itirilməsi və etibarsızlıqla əlaqələndirilir. İnsan bu cür yuxuları həyatında qeyri-müəyyənliklər və ya qorxular gücləndikdə daha tez-tez görür.
Uçmaq
Uçuş azadlıq, güc və məhdudiyyətləri aşan mənasını verir. Yuxu görən şəxs azadlıqlarının əlindən alındığını hiss edirsə, bu yuxu onun şüuraltı azad olmaq arzusunu təmsil edə bilər.
Təqib
Kimdənsə və ya nədənsə qaçmaq şüuraltında basdırılmış qorxuları göstərir. Bu cür yuxu insanın daxili qorxuları ilə üzləşməsinin vacibliyinin əlamətidir.
Dişlərin tökülməsi
Bu yuxunu qocalmaqdan və orijinallığını itirməkdən qorxan insanlar daha tez-tez görürlər. Dahi psixoanalitik Ziqmund Freyd isə yuxuda diş tökülməsini cinsi narahatlıqla əlaqələndirib.
Çılpaq olmaq
İctimai yerdə çılpaq qalmaq insanın özünə inamsızlığı, utancaqlığı və ya başqaları tərəfindən mühakimə olunmaq qorxusu ilə əlaqələndirilir.