"Ən böyük yük təcili tibbi yardımın üzərinə düşür..." - Araz Nəsirov
Xəbər verdiyimiz kimi, bu gün Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair mediatur və brifinq olub.
Ajans.az-ın xəbərinə görə, brifinqdə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov COP29-a hazırlıqla bağlı danışıb:
"Səhiyyə nazirliyi, TƏBİB və digər dövlət qurumları bu tədbirə hazırdır. Ümumi təcili işlərlə bağlı Yeni klinika işləyir. Xüsusi bölmə yaradılıb. 34 çarpayı COP29-la bağlı istifadəyə verilib. Yeni mərtəbə yaradılıb. Yanıq halları baş verərsə, Neftçilər xəstəxanasıda 12 çarpayı planlaşdırılıb. Zəhərlənmə halları baş verərsə, toksikologiya şöbəsində 34 çarpayı qurulub. Ən böyük yük təcili tibbi yardımın üzərinə düşüb, 60 briqada ayrılıb. Həm havalimanında, həm də otellərdə, həmçinin də COP29 keçiriləcəyi ərazidə təcili yardım 7/24 fəaliyyət göstərəcək. 60 briqadanı hazır hala gətirmişik. Hazırda axsama olmaması üçün yeni sürücülər və tibb bacıları işə götürmüşük. Hər hansı bir axsama gözlənilmir. Metropolitendə sıxlığın olması gözlənilir. Koroğlu, 28 may stansiyalarında tibb məntəqələri salınıb. Bundan başqa ehtiyat briqadaları yaranıb.Həmçinin yaşayış komplekslərində briqada yaranıb".