Dünyanın ən zəngin adamı bir anda necə çökdü? - Uğursuzluq hekayəsi

Dünyanın ən zəngin adamı bir anda necə çökdü? -
Maraqlı 26-10-2024 - 18:11

Bir zamanlar dünyanın ən varlı şəxslərindən olan braziliyalı iş adamı Eike Batista sərvətini sürətlə itirərək iqtisadi uğursuzluğun simvoluna çevrilib. 2012-ci ildə Batista neft, mədən və logistika sahələrindəki uğurları ilə 30 milyard dollar sərvətə sahib idi və Forbes jurnalına görə dünyanın 7-ci ən zəngin insanı olmuşdu.

Ajans.az xəbər verir ki, onun məqsədi hətta dünyanın ən varlı şəxsi olaraq tarixə düşmək idi. Amma bunun əksi oldu.

Batistanın sərvətinin çökməsinin əsas səbəbi onun neft şirkəti OGX-in uğursuzluğudur. Şirkət böyük neft ehtiyatları kəşf edəcəyinə dair vədlər vermişdi, amma nəticələr ümidləri doğrultmadı. 2013-cü ildə OGX iflas etdi, və bu, Batistanın sərvətini bir anda yox etdi. OGX-in uğursuzluğu ilə yanaşı, digər şirkətləri də çətinliklər yaşamış və bir-bir ardınca iflas prosesinə girmişdi.

Eike Batista

Sərvətinin itirilməsi ilə Batistanın hüquqi problemləri də başladı. O, korrupsiya, rüşvət və digər maliyyə cinayətləri ilə ittiham edilərək həbs olundu və bir müddət həbsdə qaldı. Onun adı yalnız biznes uğursuzluqları ilə deyil, həm də hüquqi qalmaqallarla gündəmə gəldi.

Batistanın hekayəsi sərvətini itirən zənginlər üçün bir nümunəyə çevrilib. Bir zamanlar yüksəklərdə olan bir iş adamı olaraq, iqtisadi fəlakətlə üzləşən Batista sürətlə zirvədən dibi görən şəxslərin ən məşhur simalarından biridir.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: