Dünyanın ən zəhərli balığının sancmasından sağ çıxdı - ŞOK
Avstraliyada feldşer dünyanın ən zəhərli balığının - daş balıq tərəfindən sancılıb və ondan sağ çıxa bilib.
Ajans.az xəbər verir ki, bu barədə ABC Australia məlumat yayıb.
26 yaşlı alman vətəndaş Kasper Krupa sevgilisi ilə Karrata şəhəri yaxınlığındakı məşhur yerli çimərlikdə çimmək qərarına gəlib. Belinə qədər suda üzən kişi əlini aşağı salıb və birdən hiss edib ki, sanki nəsə onu dişləyib. Krupanın sözlərinə görə, o, dərhal qanayan əlini sudan çıxarıb və şiddətli ağrı bütün bədəninə yayılmağa başlayıb. Zərərçəkmiş inyeksiya hissini təsvir edərkən "Sanki bir fil ürəyimi bıçaqladı" sözlərini dilə gətirib.
Krupa dərhal sahilə çıxıb və xəstəxanaya çatmaq üçün telefonunu qumda unudaraq avtomobilə tərəf qaçıb. Xəstəxanada Krupaya ağrıkəsici iynə vurublar və içindəki zəhəri çıxarmaq üçün əlini qaynar su və sirkəyə salıblar. Əvvəlcə həkimlər adama ilan hücumu etmiş kimi davranıb. Yalnız kişidən qan analizi alandan sonra anlayıblar ki, onu daş balıq sancıb. Həkimlər Krupanın vəziyyətini stabilləşdirərək xəstəxanaya yerləşdirildikdən bir gün sonra onu evə buraxıblar.
Daş balığı yüksək dərəcədə zəhər yeritməyə qadir olan 13 tikəli dəniz yırtıcısıdır. Onun zəhəri şiddətli ağrılara səbəb olmaqla yanaşı, iflic və nekroza da səbəb ola bilər. Daş balığının sancmasına qarşı dərman var.