Doğuş vaxtı ölən ana ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Göygöldə hamilə qadın və onun bətnindəki uşaq doğuş zamanı xəstəxanada ölüb.
Rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəbrayılova Nuranə Əlibaba qızı 9 aylıq hamiləliklə Göygöl rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin, qadın və onun bətnindəki qız uşağı bir neçə dəqiqədən sonra xəstəxanada ölüb.
Məsələ ilə bağlı TƏBİB-dən Ajans.az-a bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırılma aparılır, ətraflı məlumat veriləcək.