Dəhşətli ÖLÜM: Tələbənin başına buz parçası DÜŞDÜ
Ərzurumda 22 yaşlı Arif Tələt Algın yolda gedərkən başına buz parçası düşərək həyatını itirib.
Ajans.az xəbər verir ki, əldə edilən məlumata görə, Yakutiye Lalapaşa məhəlləsi 1-ci Sümbül küçəsində yerləşən yaşayış binasının damından buz bloku qoparaq, Atatürk Universiteti Ədəbiyyat Fakültəsinin İngilis dili və Ədəbiyyatı fakültəsinin 3-cü kurs tələbəsi Algının üzərinə düşüb.
Təcili yardımla Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılan Algını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.