Daha bir ölkədə təyyarə qəzaya uğradı

İsveçrənin qərb-mərkəzində yerləşən Bern kantonunda kiçik şəxsi təyyarə qəzaya uğrayıb.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa istehsalı olan Socata TBM-700C təyyarəsi Lokarno şəhərindən Qrenxen şəhərinə uçurmuş.
Hadisə nəticəsində ölənlər var. Qəzanın səbəbi də daxil olmaqla, digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, bu gün İtaliya, Filippində təyyarə qəzası olub. ABŞ-də isə hava limanında iki sərnişin təyyarəsi toqquşub.