Çində robot döyüş iti təqdim edildi
“China Electronics Technology Group (CETC)” Çində keçirilən “Airshow China 2024” beynəlxalq hava sərgisində robotlaşdırılmış döyüş itini təqdim edib.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sərgidə robotun bir neçə modifikasiyası, o cümlədən döyüş versiyası nümayiş etdirilib. Bu robot kiçik silahları daşıya biləcək. Həmçinin “CETC” bir neçə dördayaqlı robotu mövqelərə çatdırmağa qadir olan daşıyıcı vasitə nümayiş etdirib.
“Unitree” robot iti 5,8 mm kalibrli kameralı QBZ-95 hücum tüfəngi üçün xüsusi qurğu daşıyır. Robot iki-dörd saat ərzində tapşırıqları yerinə yetirməyə qadirdir.
Məlum olub ki, ABŞ Dəniz Piyadaları Korpusunun Xüsusi Əməliyyatlar Komandanlığı tüfənglə silahlanmış robot itləri sınaqdan keçirməyə başlayıb. Testlər zamanı onlar qapalı məkanlarda tapşırıqları yerinə yetirir və perimetrin təhlükəsizliyini təmin edirlər.