Cərrahdan dəhşətə gətirən əməliyyat- İŞDƏN AZAD EDİLDİ

Cərrahdan dəhşətə gətirən əməliyyat-
Cərrah
Sağlamlıq 31-10-2024 - 20:53
 547

ABŞ-nin Florida ştatından olan cərrah xəstənin qaraciyərini dalağı ilə birlikdə çıxarıb.

Ajans.az xəbər verir ki, bu barədə ştat mediası məlumat yayıb.

Tomas Şaknovski avqust ayında təsadüfən bir kişinin sağlam orqanını xəstə orqanı ilə birlikdə kəsdiyi üçün lisenziyasından müvəqqəti məhrum edilib. Həkimin həmkarlarının sözlərinə görə, əməliyyatı başa vurduqdan sonra qaraciyəri stolun üstünə qoyub və dalağı uğurla çıxardığını bildirib. Xəstə ağır qanaxmaya düşüb və onu xilas etmək mümkün olmayıb. Məlum olub ki, Şaknovski üçüncü dəfə bu şəkildə səhv edib.

2023-cü ilin may ayında həkim səhvən xəstənin böyrəküstü vəzi əvəzinə mədəaltı vəzinin bir hissəsini çıxarıb. Həmin ilin iyul ayında Şaknovski qadına ileostomiya etməli idi, bu da nəcisin çıxarılması üçün qarın nahiyəsində stomanın yaradılmasıdır. Lakin o, əməliyyatları qarışdıraraq xəstəyə mədə əməliyyatı edib. Vəziyyəti pisləşib və tezliklə dünyasını dəyişib.

2024-cü ilin oktyabrında Şaknovskinin əsas tibbi biliklərinin olmadığı və xəstələr üçün təhlükə yaratdığı iddiası ilə ona qarşı şikayət verilib. O, hazırda Florida və Alabama ştatlarında xəstəxanalarda işləyə bilməz.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: