Cem Yılmaz bu çıxışına görə üzr istədi

Cem Yılmaz bu çıxışına görə
Cem Yılmaz
Dünya 08-01-2025 - 15:44

43 min TL-lik lampası qırıldıqdan sonra markanı ifşa edən məşhur komediya ustası Cem Yılmaz sosial mediada trend olan paylaşımına görə üzr istəyib.

Yılmaz, "Bu dəfə əsəbiləşən hər kəsdən üzr istəyirəm" deyib.

Ajans.az xəbər verir ki, məşhur bir markadan 43 min TL dəyərində lampa sifariş edən, lakin lampa xarab gəldikdən sonra geri qaytarma prosesinə başlamaq istəyən Cem Yılmaz bir sıra problemlərlə üzləşdiyini sosial mediada paylaşaraq açıqlayıb.

Sınıq lampanın fotosunu da yayımlayan Cem Yılmaz bu ifadələrdən istifadə edib:

"Demək olar ki, 20 gün əvvəl bu sınmış lampa evimizə gəldi. Geri göndərmək istədim,  amma  onlayn qeydiyyatdan keçin dedilər. "Yaxşı” dedik. Ərizə vasitəsilə qeydiyyatdan keçdim. Heç kim zəng edib, heç nə soruşmadı. Mail atdım dedilər "Yox, biz yoxlayıb qutuya qoyuruq!"

Yaşadığı vəziyyətdən kifayət qədər sıxılan məşhur komediya ustası daha sonra sözünə belə davam edib:

"Bəli, lampa işi bir az uzandı... Çox adam narahat oldu. Əminəm ki, bu işlərin son “Sənə yaraşmır, qardaş” cümləsi ilə bitəcək.  Səmimiyyətlə məni axtaran məmurların xatirinə postu sildim.

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: