Cəhənnəmi yaşayacaqsız! - Tramp hədələdi
2023-cü il oktyabrın 7-dən bu yana Qəzza zolağında saxlanılan israilli girovlar azad edilməsə, radikal Fələstinli Həmas “cəhənnəm hesabı” ilə üzləşəcək.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib.
“İsrailli girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr, qürurla Amerika Birləşmiş Ştatlarının prezidenti postunu tutduğum tarixə qədər Yaxın Şərqdə bütün cəhənnəm dağılar və insanlığa qarşı bu vəhşiliklərə görə məsuliyyət daşıyanlar əvəzini ödəmək məcburiyyətindədir”, - respublikaçı vurğulayıb.
Tramp qeyd edib ki, Qəzzada törədilən cinayətlərə görə məsuliyyət daşıyanlar hərəkətlərinə görə çox əziyyət çəkəcəklər və bir daha girovları dərhal azad etməyə çağırıb.
Bundan əvvəl Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı onu hədələmişdi ki, əgər ölkə qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməsə, Kanada ABŞ-nin 51-ci ştatı ola bilər.