Bu vərdişlər sizi öldürə bilər – DİQQƏTLİ OLUN!
Son illərin ən qorxulu xəstəliklərindən olan xərçəng riskini azaltmaq üçün bu vərdişlərə diqqət etməliyik.
Ajans.az xəbər verir ki, bu vərdişlər xərçəng xəstəliyinə səbəb ola bilər.
Hərəkətsiz həyat tərzi – Oturaq həyat tərzi keçirən və gündəlik az hərəkət edən insanlarda xəstəliklərə yoluxma riski digər insanlara nisbətdə daha çoxdur. Buna görə də hər gün 150 dəqiqə yerimək, velosiped sürmək və ya evinizdə hər hansı sadə bir idman hərəkətiylə məşğul olmaq sizi xəstəliklərdən qoruya bilər.
Düzgün və sağlam qidalanmamaq – Qırmızı ət və işlənmiş qidaların qəbulu xərçəng riskini artırır. Bunun əvəzinə bol antioksidantlarla zəngin meyvə və tərəvəzlərin qəbulu, eləcə də taxıllı bitkilər, proteinsiz yağlar sizi daha sağlam birinə çevirəcək.
Alkoqollu içkilər və siqaret – Bu zərərli vərdişlər xərçəng xəstəliyini yaradan səbəblərin başında gəlir.
Rejimsiz yuxu – Normal və rejimli yuxu stres səviyyəsini azaldır, vücudun DNA-sını yeniləyir, immun sistemini gücləndirir. Buna görə də gün ərzində 7-8 saat vaxtı vaxtında yatmaq lazımdır.
Günəş şüalarından qorunmamaq – Günəş şüası hər nə qədər insan orqanizminə xeyirlidirsə, həddin artıq gün altında qalmaq bir çox xəstəliklərə səbəb ola bilər. Buna görə də günün müəyyən saatlarında günəş şüasını qəbul etmək məsləhətlidir.