Bu şəxslərə xüsusi xəbərdarlıq edildi

Bu şəxslərə xüsusi
Cəmiyyət 01-03-2025 - 14:41

Bakıda yolların buz bağlaması səbəbindən ötən gecə bir neçə yük avtomobili yolda qalıb.

Bu barədə Ajans.az-a NİİM-dən məlumat verilib.

Bu gün və qarşıdakı günlərdə  yolların buz bağlaması ehtimalı ilə mərkəz yük maşınlarının sürücülərinə müraciət edib:

“Müşahidələr göstərir ki, havanın qarlı və yollarda buzlaşmanın olduğu gündən bu vaxta qədər Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda daha çox yük avtomobillərinin hərəkətində problemlər yaranır. Əksər hallarda hərəkət mümkünsüz olduğundan (nəqliyyat vasitələri sürüşdüyündən) qəzalar baş verir, bu avtomobillər yollarda qalır və nəqliyyat sıxlığı yaranır. Belə nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl yolların buz bağlayacağını nəzərə almalı və nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməlidirlər”.

PAYLAŞ: