Bu sahədə çalışanların maaşlarına 400 manat əlavə ÖDƏNİLƏCƏK
SOCAR işçilərinə "13-cü maaş" yerinə birdəfəlik 400 manat əlavə ödəniş edib.
Ajans.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, SOCAR-ın işçilərinə "13-cü maaş" veriləcəyi gözlənilirdi, lakin şirkət işçilərə birdəfəlik qiymətləndirmə çərçivəsində 400 manat bonus ödəməyə qərar verib.
Şirkət rəhbərliyi bu addımı əməkdaşların əməyini qiymətləndirmək və sosial rifahlarını yaxşılaşdırmaq məqsədilə atdığını bildirib.
Məlumata görə, bu ödəniş SOCAR-ın işçilərini əhatə etməklə birlikdə, "13-cü maaş"ın əvəzi olaraq hesablanıb.