Bu quruma sədr seçildi

Gündəm
11-03-2025 - 13:46
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının (“Kənd-Qida-İş”) növbədənkənar VII qurultayı keçirilib.
Ajans.az xəbər verir ki, müzakirələrdən sonra üç ittifaqın “Kənd-Qida-İş”ə qoşulması və Nizamnamədə bir sıra dəyişikliklər səsə qoyularaq təsdiq edilib, qurumun adı “Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi” olaraq dəyişdirilib. Məmməd Həsənov sədr, Elvin Nəsibov sədrin birinci müavini, Fuad Məmmədov, Akif Məmmədov və Telman Quliyev sədrin müavinləri seçiliblər.
Oxşar xəbərlər
Unutmayın, bizim peşənin adamı olmusuz, məmurlaşmayın - Elçin Əlibəylidən Musaoğluna SƏRT CAVAB
Gündəm08:00 / 23-10-24
Ermənistanın ətraf mühiti zəhərləyən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır
Gündəm16:05 / 16-01-25