Putin sülh üçün bunu TƏLƏB EDƏCƏK

Rusiya Ukrayna ilə istənilən sülh sazişində ölkənin NATO üzvü olmayacağı və neytrallıq statusunun qorunub saxlanacağına dair “mütləq” təminat axtaracaq.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nəşr qeyd edib ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko müsahibəsində atəşkəs təklifinə toxunmadan bəyan edib ki, Ukraynada uzunmüddətli sülh sazişi Moskvanın tələblərinə cavab verməlidir.
"Biz tələb edəcəyik ki, bu saziş qəti təhlükəsizlik zəmanətlərinin bir hissəsi olsun. Bu təminatların bir hissəsi Ukraynanın neytral statusu, NATO ölkələrinin onu alyansa qəbul etməkdən imtina etməsi olmalıdır", - deyə rəsmi bildirib.
Xatırladaq ki, İngiltərə və Fransa Ukraynada mümkün atəşkəsə nəzarət etmək üçün sülhməramlılar göndərməyə hazır olduqlarını bəyan ediblər. Avstraliyanın baş naziri Entoni Albanese də ölkəsinin istintaqa açıq olduğunu bildirib.