İşə gecikənləri hansı cəza gözləyir?- AÇIQLAMA

İşə gecikənləri hansı cəza gözləyir?-
İşə gecikənləri hansı cəza gözləyir?
Cəmiyyət 17-03-2025 - 12:03

Bir çox şirkətlərdə işçilər işəgecikməyə görə cərimə edilir və bu məbləğ onların əməkhaqlarından tutulur. Məqsəd iş yerlərində əmək intizamını təmin etməkdir.
Bəs işçinin əməkhaqqından bu cür tutulma qanunidirmi?
Məsələ ilə bağlı danışan hüquqşünas Tağı Hüseynov Ajans.az-a açqlamasında deyib ki, əmək qanunvericiliyinə görə, işçi bir gün işə gəlmədiyi halda rəhbərlik onu işdən çıxara bilər:
‘’Əgər rəhbərlik işçini işdən çıxarmaq istəmirsə, əməkhaqqından müəyyən məbləğ kəsilə bilər. Bununla bağlı müvafiq akt tərtib olunmalıdır ki, sonradan hər hansı hüquqi problem yaranmasın.
Bundan əlavə, işə gecikməyə görə də əməkhaqqından müəyyən məbləğ tutulması mümkündür. Qanunvericiliyə əsasən, işə gecikməyə görə intizam məsuliyyəti nəzərdə tutulsa da, bəzi hallarda pul cəzası da istisna edilmir’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: