Bakıda yeni park salınacaq

Cəmiyyət
17-03-2025 - 11:57
Bakı şəhərində yeni park salınacaq.
Ajans.az Trend-ə istinadla xəbər verir ki, park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində olacaq.
Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.
Hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.
MMC sözügedən işlərin icrasının 198,6 min manata başa gələcəyini proqnozlaşdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.