Putindən Paşinyana SƏRT XƏBƏRDARLIQ- ''xalqına xəbər ver!''

Rusiya prezidenti Vladimir Putin Və Ermənistanın baş naziri Nikol Paşinyan arasında yanvarın 17-si baş tutan telefon danışığının təfərrüatları məlum olub.
‘’Ajans.az’’ xəbər verir ki, bu barədə ‘’Praparak’’ nəşri məlumat yayıb. Nəşir yazr ki, tərəflər xüsusi ilə Ermənistanın Avropa İttifaqına Daxil olması prossesinin başlanması haqqında qanun layihəsinin mümkün referendum məsələsini müzakirə ediblər. Məlumata görə, Putin bununla bağlı Paşinyana xəbərdarlıq edib. Rusiyadan cavab addımları olacaq.
‘’Mümkün nəticələr haqqında xalqı xəbərdar etməlisən, Ermənistan vətəndaşları bunu bilməlidir''- deyə,o bildirib.
Paşinyan isə bunun Aİ-yə qoşulmaq üçün ilkin istək olduğunu deyərək məsələdən yayınmağa çalışıb.
''Deməyə sözüm yoxdur, xalq özü Aİ-yə qoşulmaq istəyir və nəticələrə hazırıq''.
Qeyd edək ki. sözü gedən qanun layihəsi bu ilin yanvarında hökümət tərəfindən təsdiqlənib. Baş nazir Nikol Paşinyan daha öncə bildirib ki,bu addım Ermənistanın avtomatik olaraq Avropa İttifaqına daxil olması demək deyil. Belə bir qərar referenduma çıxardılmalıdır.