"Sabahın alimləri"ndə iştirak üçün övladlarınızda maraq oyadın

"Sabahın alimləri"ndə iştirak üçün övladlarınızda
"Sabahın alimləri"
Gündəm 17-03-2025 - 12:23

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri olan Leyla və Gülay “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsində birinci yerə layiq görülüblər. 

Ajans.az xəbər verir ki, müsabiqəyə təqdim etdikləri layihə ilə 2-ci tip şəkərli diabetlə mübarizə üçün innovativ yanaşma təqdim edən məktəblilərimiz layihələri ilə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) ölkəmizi təmsil edəcəklər. Hər iki məktəbli qızımıza böyük uğurlar arzulayıram. 

Xülasə olaraq da onu deyim ki, sözügedən “Sabahın alimləri” layihə müsabiqəsi övladlarımıza həm  bu müsabiqədə iştirak etməklə ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək imkanı verir, həmçinin Azərbaycan elminə töhfə verməklə sabahın alimləri olmağa bir addım daha yaxınlaşdırır. 

Odur ki, növbəti “Sabahın alimləri”ndə iştirak üçün övladlarınızda maraq oyadın, onlar da qoşularaq elmi-tədqiqat sahəsində biliklərini nümayiş etdirsinlər.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: