Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Balakəndə
Gündəm 25-11-2024 - 09:06

Elm və təhsil naziri Emin Əmrullayev 6 dekabr tarixində Balakən şəhərində vətəndaşları qəbul edəcək.

Ajans.az xəbər verir ki, qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz  sakinləri iştirak edə bilərlər. 
 
Adları çəkilən şəhər və rayonların sakinləri 27 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: