Bu qidalar kişilərdə infarkt riskini azaldır

Bu qidalar kişilərdə infarkt
infarkt
Sağlamlıq 29-10-2024 - 22:39

Pendir və qatıq yemək 42-60 yaşlı kişiləri infarktdan qoruya bilər.

Ajans.az xəbər verir ki, ürək xəstəliyi riskini azaldan məhsullar “Gloucestershire Live (GL)” tərəfindən sadalanıb.

Nəşrin məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, ən azı 20 il mütəmadi olaraq çoxlu fermentləşdirilmiş süd məhsulları (pendir, qatıq, kəsmik, kefir) yeyən kişilərin ürək-damar xəstəliklərinə tutulma riski istehlak etməyən kişilərə nisbətən daha azdır. Eyni zamanda, pəhrizində müntəzəm olaraq süd olan kişilərdə ürək problemləri riski artır.

Qeyd olunur ki, sağlamlıqla fermentləşdirilmiş qidaların istehlakı arasında əlaqəni təmin edən mexanizm hələ tam başa düşülməyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: