Bu evlər cəmi 2 manata satılır - Qeyri-adi TƏKLİF

Bu evlər cəmi 2 manata satılır -
Maraqlı 22-03-2025 - 18:32
 78

 İtaliyanın Abruzzo bölgəsindəki Penne qəsəbəsində tərk edilmiş tarixi evlər bir avroya satışa çıxarılacaq. Yeganə tələb isə evlərin tam bərpa edilməsidir.

Ajans.az bildirir ki, alıcı üç il ərzində bu evləri təmir etməyi öhdəsinə götürməlidir. Kiçik və orta ölçüdə bir evin təmirinin ilkin dəyəri təxminən 20 min avrodur. Yaşayış üçün yararlı vəziyyətdə və təmirə ehtiyacı olmayan evlərin qiyməti isə 40 min avrodan başlayır.

 Bələdiyyə sədri Cilberto Petruççi qəsəbədə 40-dan çox boş ev olduğunu və onların əksəriyyətinin tarixi mərkəzdə yerləşdiyini deyib. O bu addımı əhalinin azalmasının qarşısını almaq üçün atıldığını bildirib. 

Ətraflı sujetdə:

PAYLAŞ: