Trampsız 4 il! - 320 min dollara... - VİDEO
Kruiz şirkəti Kamala Harrisi geridə qoyaraq seçkilərdə qalib gələn Donald Trampın prezidentliyi dövründə ABŞ-da yaşamaq istəməyənlərə “Fast Forward” adlı 4 illik kruiz gəmi turu xidməti təqdim edəcək.
Ajans.az xəbər verir ki, Trampsız 4 ilin qiyməti 320 min dollara qədərdir.
Florida “Villa Vie Residences”də yerləşən kruiz şirkəti sərnişinlərə təxminən 4 il 140-dan çox ölkəni ziyarət etməyə imkan verən "Tour La Vie" kruizini təqdim edib.
Turun bir hissəsi kimi müxtəlif uzunmüddətli paketlər təklif edilib: "Villa Vie Odyssey" kruizində bir illik "Reallıqdan qaçış", 2 illik "Orta müddətli seçim", 3 illik "Hər yerdə amma, Ağ Evdən kənar" seçimi və 4 illik "Trampsız irəli atla" kruizləri. Qiymətlər 1 illik səyahət üçün təxminən 40 min dollardan başlayır. Dörd illik səyahət zamanı tək kabinlər 256 min dollara, ikiqat kabinlər isə 320 min dollara satışa çıxarılır.
Kruizin təşkilatçısı Mikael Petterson “Biz seçkidə kimin qalib gələcəyini bilməmişdən əvvəl bu marketinq kampaniyasını düşündük. Kimin qalib gəlməsindən asılı olmayaraq, əhalinin yarısı narahat olacaq. Açığı, bizim heç bir siyasi baxışımız yoxdur. Biz sadəcə olaraq təhlükə hiss edən insanlara çıxış yolu vermək istəyirdik” ifadələrini işlədib. Petterson bildirib ki, “Villa Vie Residences” noyabrın 7-də gəzinti elan edildikdən sonra müraciətlərdə külli miqdarda artım yaşanıb.