13 yaşından aşağı şəxslərə sosial mediaya giriş qadağan edilir

13 yaşından aşağı şəxslərə sosial mediaya giriş
Uşaq
Maraqlı 28-11-2024 - 10:46

Sosial mediada bir çox ölkədə tətbiq edilən yaş məhdudiyyəti tətbiqinin Türkiyədə də qüvvəyə minməsi gözlənilir.

Ajans.az xəbər verir ki, İnformasiya Texnologiyaları və Rabitə Qurumu 13 yaşından kiçik uşaqların sosial media proqramlarına və sosial şəbəkələrə daxil olmasını qadağan etmək üçün çalışır.

İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTQ) sədr müavini Abdulkerim Gün 13 yaşından kiçik şəxslərin sosial media proqramlarına və sosial şəbəkələrə girişini qadağan etmək üçün çalışdığını açıqlayıb.

Uşaqların sosial mediadan istifadəsi ilə bağlı müxtəlif ölkələrdə bu cür məhdudiyyətlər tətbiq olunur:

ABŞ: Bəzi ştatlarda 14 yaşından kiçiklər üçün sosial mediadan istifadəni qadağan edən qanun 2025-ci ildən qüvvədə olacaq.

Çin: 16 yaşından kiçik insanlardan valideyn icazəsi ilə sosial media hesabı açması tələb olunur. Saat 22.00-dan 06.00-dək mobil cihazlara və internetə giriş qadağandır.

Fransa: 15 yaşından kiçiklərin sosial mediaya daxil olması üçün valideyn icazəsi tələb olunur.

Cənubi Koreya: 16 yaşından kiçik uşaqlar üçün saat 24.00-06.00 arası onlayn oyun oynamaq qadağandır.

İtaliya: 14 yaşından kiçiklərə mobil telefona sahib olmaq, 16 yaşından kiçiklərə isə sosial mediada profil açmaq qadağandır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: