"Apple" qurucusunu Hitler adlandırdı - SƏBƏB

"Apple" qurucusunu Hitler adlandırdı -
Stiv cobs
Maraqlı 04-11-2024 - 20:55

“Birinci kanal”ın baş direktoru Konstantin Ernst “Apple” qurucusu Stiv Cobsu Adolf Hitlerə bənzədib.

Ajans.az xəbər verir ki, bu barədə 360.ru məlumat yayıb.

Nəşr qeyd edir ki, Ernst belə bir bəyanatla “Gələcəyin yaradılması” simpoziumunda çıxış edib.

O, “iPhone”u bəşəriyyət üçün son dərəcə zərərli və dəhşətli bir şey adlandırıb və insan əlaqələrinin dünyasını məhv etdiyini qeyd edib.

“İndi siz valideynlərinizi ziyarət etmirsiniz, ancaq onlara zəng edirsiz. Bəzən bu, aylarla, hətta illərlə uzaq qalmağa şərait yaradır. Siz həm də dostlarınızla ünsiyyəti zənglərə, sonra isə SMS-ə qədər azaldırsınız, çünki indi zəng etmək o qədər də “etik” deyil”, – deyə “Birinci kanal”ın baş direktoru söyləyib.

Elə Stiv Cobsun Hitlerə bənzədilməsi də bir növ bu yöndədir. Yəni o, görünüşcə yox, xaraktercə ona bənzədilib. 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: