BRİKS-ə üzv ölkələrin suverenliyi yüksək qiymətləndirildi
BRİKS-in “qol bükmə” siyasəti yoxdur. Məsələlər bərabərlik, açıqlıq, qarşılıqlı hörmət, praqmatizm və həmrəylik əsasında həll olunur.
Ajans.az xəbər ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “RİA Novosti” ilə söhbətində təşkilata üzv ölkələrin suverenliyindən danışarkən deyib.
Həmçinin, Kopırkinin aydınlaşdırdığı kimi, BRİKS-ə qoşulmaq öz üzərinə hüquqi öhdəliklər götürməyi, mövcud ticarət əlaqələrindən əl çəkməyi və ya qanunvericiliyə dəyişiklik etməyi tələb etmir. Bu da onu klassik beynəlxalq təşkilatlardan müsbət şəkildə fərqləndirir. Səfirin sözlərinə görə, BRİKS-ə üzvlük öz maraqlarını, o cümlədən dövlət təhlükəsizliyi sahəsində maraqları laqeyd etmək demək deyil. Birliyə qoşulmaq ölkələrin mənəvi və mədəni dəyərlərinə, daxili və xarici siyasət məsələlərində müstəqilliyini qoruyub saxlamağa təhlükə yaratmır.