Biləsuvarda iki yük maşını toqquşub - Ölən var

Biləsuvarda iki yük maşını toqquşub -
Cəmiyyət 16-10-2024 - 12:42

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, bu gün Bəhrəmtəpə-Biləsuvar yolununda İkram Əliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə T.Muxtarzadənin idarə etdiyi "SCANIA" markalı yük avtomobili toqquşub.

"KamAZ" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölüb, "SCANIA" markalı nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: