Bərdədə binanın eyvanı uçdu: Yaralanan var - VİDEO

Bərdədə binanın eyvanı uçdu:
uçqun
Hadisə 15-03-2025 - 12:07
 102

Bərdədə yaşayış binasının eyvanı uçub.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

İlkin məlumata görə, uçqun nəticəsində yaralanan olub.

Hadisə yerinə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Ajans.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, uçqun altında qalan şəxs 1990-cı il təvəllüdlü Turanə Əliyevadır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: