Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ÖLDÜ

Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq
Hadisə 09-03-2025 - 10:56

Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb.

Ajans.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda, yeni tikililərin birində qeydə alınıb.

2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb.

O hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: