Neft Emalı Zavodunda yanğın məhdudlaşdırıldı

Neft Emalı Zavodunda yanğın
yanğın
Hadisə 05-03-2025 - 11:43

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Ajans.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

PAYLAŞ: