Xəzərdə bir gündə ikinci zəlzələ

Xəzərdə bir gündə ikinci
Hadisə 19-10-2024 - 11:37

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Ajans.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3.1 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 10:39-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 68 kilometr olub.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 01:02-də də Xəzərdə zəlzələ baş vermişdi.

PAYLAŞ: