Zaqatalada mağaza YANDI

Zaqatalada mağaza
Hadisə 06-10-2024 - 11:39
 57

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 75 m² sahədə, içərisində ərzaq malları 65 m² sahədə və 3 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ajans.az-a verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: