Bayden “əbədi müharibəni” maliyyələşdirir - İlon Mask
ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya kömək üçün daha çox pul istəməklə “əbədi müharibəni” maliyyələşdirir.
Ajans.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində məşhur biznesmen İlon Mask bildirib.
“Politico” daha əvvəl bildirmişdi ki, Bayden gizli şəkildə Konqresdən Kiyev üçün əlavə 24 milyard dollar istəyib. Konqresin iki köməkçisi tələbi təsdiqləyib və bu, dekabrın əvvəlində nəzərdən keçirilə bilər.
Nəşrin məlumatına görə, 16 milyard dollar ABŞ-nin ehtiyatlarını artırmaq üçün istifadə olunacaq. Qalan səkkiz milyard isə Pentaqonun Amerika şirkətləri ilə silah müqavilələri bağladığı Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünə ayrılacaq.