Başqa ölkələrdəki qaçqın suriyalılar öz ölkələrinə geri dönür?

Başqa ölkələrdəki qaçqın suriyalılar öz ölkələrinə
Suriya
Gündəm 11-12-2024 - 14:13

Bildiyimiz kimi, Suriyada vəziyyət bir neçə gündür ki, gərginləşib və gərginləşməyə də davam edir. Bəşər Əsəd müxalif qüvvələrin hərəkatı fonunda artıq istefa verib və bununla da 61 illik Baas və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatıb.

Maraqlı olan nüanslardan biri də odur ki, Suriya milləti ən çox digər ölkələrə qaçqın kimi sığınan millətlərdən biridir. Türkiyə başda olmaqla, Avropa ölkələri, İngiltərə və s. ölkələrə suriyalıların axını hədsiz çoxdur. Hətta türk mediasında daima “5 il sonra Türkiyədə suriyalılara görə türk tapılmayacaq” tipli paylaşımlar olurdu. 

Bunu da qeyd edək ki, Böyük Britaniyadakı suriyalılar bir neçə gün öncə and içib ki, əgər Əsəd rejimi dağılsa, Suriyaya geri dönəcəklər. 

Bəs, bundan sonra suriyalıların aqibəti necə olacaq? İmmiqrasiya proseslərində dəyişiklik gözlənilir? Başqa ölkələrdəki suriyalılar öz ölkələrinə qayıda bilərmi?

Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən siyasi-şərhçi Əziz Əlibəyli bildirib ki, ilk növbədə bu prosesi beynəlxalq razılaşmalar həll edir:

“İkinci isə BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının nəzarətində belə qərarlar verilir. Amma bundan öncə, ictimai-siyasi mühitdən daha çox təhlükəsizlik və sabitlik təmin olunmalıdır. İndiki şəraitdə ümum təhlillər göstərir ki, hələ orada həllini tapmağa namizəd bir neçə ciddi konfrontasiyalar var. Ən azından bölgədəki şiələrin, PYD-nin (Demokratik Birlik Partiyası – red) gələcəyi nə cür olacaq? HTŞ adlı təşkilatı əvvəlcə terror təşkilatı elan etmişdilər. Sonra müxalifət elan etdilər. Onunla İsrailin münasibəti necə olacaq? Yeni düzən hansı formada olacaq? Bütün bu suallar cavab tapmalıdır ki, sonra geri qayıtmaq məsələsinə aydınlıq gətirilsin. Amma belə, suriyalıların müəyyən qədəri geri dönüb. Onların bir qismi Hələb şəhərinə qayıdıb”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: