Bank işçisi əməliyyat zamanı öldü - FOTO

Gənc xanım Gəncə Beynəlxalq Xəstəxanasında narkozdan sonra dünyasını dəyişib.
Ajans.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Əlindəki ziyili götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə həmin tibb müəssisəsində vəfat edib.
Mərhumun qohumları bildiriblər ki, Türkan narkozdan ayılmayıb.
Qeyd edək ki, o, Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.