Bakıda avtomobil partladı - VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.
Ajans.az xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib.
Bildirilir ki, partlayışa avtomobildə quraşdırılmış qaz balonu səbəb olub.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Lökbatan qəsəbəsində də qazla çalışan avtomobildə partlayış olmuş və bir nəfər xəsarət almışdı.
***
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, quruma Sulutəpədə baş vermiş hadisə ilə bağlı çağırış daxil olmayıb.