Ötən il olan partlayış və yanğınlarda ölənlərin sayı AÇIQLANDI

Ötən il olan partlayış və yanğınlarda ölənlərin sayı
FHN
Hadisə 08-02-2025 - 11:32

2024-cü il Azərbaycanda 67 partlayış hadisəsi baş verib.

Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, partlayışlar zamanı 33 nəfər ölüb, 99 nəfər xəsarət alıb və 31 nəfər xilas edilib.

Ötən il Azərbaycanda olan yanğın hadisələrinin 1649-i ilə bağlı təhqiqat aparılıb. Yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb. Bu da əvvəlki il ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.

PAYLAŞ: